Bir yapon 2 cüdoçumuzu "məhv etdi" - YENİLƏNİB

30 Avqust 2019 16:04 Cüdo 788
Bir yapon 2 cüdoçumuzu "məhv etdi" - YENİLƏNİB

Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün daha iki cüdoçumuz mübarizəyə qoşulub.

100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov 1/32 finalda belaruslu Daniel Muketeyə qızıl xalla qalib gəlib. Növbəti raundda erməni əsilli Rusiya idmançısı Arman Adamyanı 78 saniyəyə ipponla məğlub edən həmyerlimiz 1/8 finala yüksəlib. Bu mərhələdə isə braziliyalı Rafael Buzakariniyə eyni aqibəti yaşadan Qasımov yarımfinal uğrunda görüşdə hollandiyalı Mixael Korrellə üz-üzə gəlib. İki vazari xalı ilə onu da mübarizədən kənarlaşdıran cüdoçumuz 1/2 finala yüksəlib. Elmar bu mərhələdə portuqaliyalı Jorj Fonseka ilə qarşılaşıb və görüşü aşağı səviyyədə keçirərək məğlub olub. Cüdoçumuz medal uğrunda mübarizə üçün Kotsoyevi mübarizədən kənarlaşdıran Aaron Volfla üz-üzə gəlib. Yaponiya təmsilçisi Qasımova da qalib gəlib

Eyni çəkidə mübarizə aparan Zelim Kotsoyev isə braziliyalı Leonardo Qonsalveşlə qarşılaşıb və 74 saniyəyə ipponla qalib gəlib. Onun 1/16 finalda rəqibi yaponiyalı Aaron Volf olub. Kotsoyev ipponla uduzaraq, mübarizəni dayandırıb.

Əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. 90 kq-dakı Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib.

Digər Xəbərlər
Xəbər Lenti