DÇ-2019: Mehdiyev bürünc şansını əldən verdi - YENİLƏNİB

29 Avqust 2019 14:42 Cüdo 748
DÇ-2019: Mehdiyev bürünc şansını əldən verdi - YENİLƏNİB

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.

Sportinfo.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev 1/32 finalda İrji Petr (Çexiya), 1/16 finalda Remi Fülle (Mavritiya), 1/8 finalda isə türk rəqibi Mikail Özərlərdən üstün olub.

Mehdiyev 1/4-də serbiyalı Nemanya Maydova məğlub olaraq mübarizəni dayandırıb. Cüdoçumuz bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərdə iştirak edəcək. Təmsilçimizin Fransa atleti Axel Klergeni məğlub etsəydi, medal şanısı qalacaqd. Lakin təəssüf, Məmmədəli çox zəif və gücsüz mübarizə apararaq bürünc şansını qaçırıb.

70 kq çəkidə mübarizə aparan Günel Həsənli isə yarışı erkən dayandırıb. O, 1/32 finalda Aoyfe Koflana (Avstraliya) məğlub olub.

Hələlik Azərbaycan cüdoçuları dünya çempionatında 2 medal qazanıb. 73 kq çəki dərəcəsində Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medala yiyələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti