Tokioda məğlubiyyət məğlubiyyət ardınca

26 Avqust 2019 12:50 Cüdo 648
Tokioda məğlubiyyət məğlubiyyət ardınca

Azərbaycan cüdoçuları Tokioda keçirilən dünya çempionatının ikinci günündə çıxışlarını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu gün tatami üzərinə çıxan təmsilçilərimizdən 66 kq çəkidə yarışan Nicat Şıxəlizadə 3 rəqibini məğlub etsə də, 1/8 finalda misirli Məhəmməd Abdelmaugouda uduzub.

Nicata qədər isə xanım cüdoçularımızdan Gültac Məmmədəliyeva və rumıniyalı legioner Larisa Aleksandra Florian (hər ikisi 52kq) uduzaraq medal şansını əldən veriblər.

İlk yarış günündə mübarizə aparan Azərbaycanın 3 təmsilçisi - Davud Məmmədsoy (60 kq), Aişə Qurbanlı və Əliyeva Leyla da (hər ikisi 48 kq) uğursuzluq yaşayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!