Nicat dünya çempionatında ardıcıl 3 rəqibini məğlub etdi

26 Avqust 2019 10:57 Cüdo 704
Nicat dünya çempionatında ardıcıl 3 rəqibini məğlub etdi

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 3 cüdoçusu mübarizəyə qoşulub.

66 kq çəkidə Nicat Şıxəlizadə əvvəlcə veytnamlı Quoc Xuanu, ardınca qazaxıstanlı Yerlan Serikcanovu məğlub edib. O, 1/16 finalda qırğızıstanlı Almaz Altınbek Uuludan da güclü olub.

Şıxəlizadə 1/8 finalda Məhəmməd Abdelmaugoud (Misir) - Yusuf Nurkoviç (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.

52 kq çəkidə Gültac Məmmədəliyeva mozambikli Jaciro Ferreyraya qalib gəlsə də, 1/16 finalda özbəkistanlı Diyora Keldiyorovaya uduzub.

Eyni çəkidə çıxış edən Larisa Aleksandra Florian isə Honq-Konq cüdoçusu Şuk Ki Çuidən güclü olsa da, 1/16 finalda rusiyalı Natalya Kuzyutina ilə bacarmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!