Yığmamızdan uğursuz start

25 Avqust 2019 13:47 Cüdo 746
Yığmamızdan uğursuz start

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatına start verilib. Sportinfo.az xəbər verir ki, milli komandamız yarışa uğursuz başlayıb.

İlk yarış günündə tatami üzərinə çıxan hər 3 cüdoşumuz mübarizəni erkən dayandırmalı olub.

Davud Məmmədsoy (60 kq) və Aişə Qurbanlı (48 kq) ilk görüşlərini qələbə ilə başa vursalar da, növbəti rəqiblərinə məğlub olublar. Leyla Əliyeva (48 kq) isə ilk görüşdə portuqaliyalı idmançıya uduzub.

Sabah milli komandamızın üzvlərindən Nicat Şıxəlizadə (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və rumıniyalı legionerimiz Larisa Florian (52 kq) tatami üzərinə çıxacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM