Avropa çempionatında uğur qazanan paracüdoçularımız Bakıya döndü

31 İyul 2019 00:10 Cüdo 572
Avropa çempionatında uğur qazanan paracüdoçularımız Bakıya döndü

İtaliyanın Genuya şəhərindəki Avropa çempionatında çıxışını başa vuran Azərbaycanın paracüdo üzrə milli komandası vətənə qayıdıb.

Sportinfo.az xəbər verir ki, qitə çempionatında 1 qızıl, 4 gümüş və 5 bürünc medal qazanmış, qarışıq komanda yarışlarının qalibi olmuş milli üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının və Paralimpiya Komitəsinin rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, media nümayəndələri, bir qrup azarkeş qarşılayıb.

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Avropa çempionatında iştirak edən paracüdo üzrə milli komandamızın üzvlərindən Xanım Hüseynova qızıl, İlham Zəkiyev, Bayram Mustafayev, Dürsədəf Kərimova, Sevda Vəliyeva gümüş medal qazanıb.

Kənan Abdullaxanlı, Hüseyn Rəhimli, Namiq Abbaslı, Ramil Qasımov və Səbinə Abdullayeva bürünc medala layiq görülüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!