Veteran cüdoçularımızdan AÇ-də 7 medal

29 İyul 2019 12:48 Cüdo 691
Veteran cüdoçularımızdan AÇ-də 7 medal

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən veteran cüdoçular arasında Avropa çempionatında idmançılarımız 7 medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, usta cüdoçularımız qitə çempionatında üç qızıl, iki gümüş və iki bürünc medal əldə ediblər.

Cüdoçularımızdan Mübariz Cəfərov (81 kq), Fərhad Rəcəbli (90 kq) və Elxan Rəcəbli (100 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu adına sahib olublar.

Yarışlarda gümüş medalları komandamızın aktivinə Müşfiq Cəfərov (66 kq) və Yamən Fətiyev (100 kq) yazdırıblar. Bürünc medalları isə Babək Hacıyev (60 kq), Məmməd Məmmədov (81 kq) qazanıblar.

Usta cüdoçuların Avropa çempionatında 35 ölkədən 778 idmançı mübarizə aparıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!