"Bu titulumu valideynlərimə və məşqçilərimə həsr edirəm"

29 İyul 2019 09:24 Cüdo 657
"Bu titulumu valideynlərimə və məşqçilərimə həsr edirəm"

"İlk 2 görüşümdə tam üstünlüklə qalib gəlsəm də, yarımfinal və final qarşılaşmalarım çətin keçdi.

Qızıl medal qazandığım üçün çox şadam - bu titulumu valideynlərimə və məşqçilərimə həsr edirəm".

Sportinfo.az xəbər verir ki, bunu Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) qızıl medal qazanan Azərbaycan cüdoçusu Turan Bayramov deyib.

60 kq çəki dərəcəsində birinci olan gənc idmançı finalda yendiyi rusiyalı Ruslan Maqomadova Avropa birinciliyində də qalib gəldiyini xatırladıb.

O, 2019-cu ilin özü üçün uğurlu keçdiyini və qarşıdakı dünya çempionatında da eyni nailiyyətə imza atmağı hədəflədiyini dilə gətirib.

Cüdoçu festivaldakı qələbəni indiyəqədərki uğurları arasında birinci yerdə gördüyünü də vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!