"Çempion olacağımı heç gözləmirdim, özümə inanmım yox idi"

27 İyul 2019 18:00 Cüdo 633
"Çempion olacağımı heç gözləmirdim, özümə inanmım yox idi"

"Çox sevincliyəm, çempion olacağıma inanmırdım.

Yarış çox ağır keçdi, buna baxmayaraq, qızıl medal qazana bildim".

Sportinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) qızıl medal qazanan Hüseyn Məmmədov söyləyib.

90 kq-dan yuxarı çəkidə mübarizə aparan cüdoçu deyib ki, əvvəlcədən EYOF-da gümüş və ya bürünc medal qazanacağına ümid edib:

"Qızıl medal əldə edəcəyimi heç gözləmirdim. Özümə inanmım yox idi. Amma qalib gəldim. Rəqiblə əvvəl də görüşmüşəm. Bir-birimizi yaxşı tanıyırıq".

H.Məmmədov qarşıdakı hədəflərindən də söz açıb: "Sentyabrda dünya çempionatı olacaq. Həmin yarışa hazırlaşacağıq. Məqsədimiz yenə çempion olmaqdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!