Vüqar Talıbov yalnız bir görüşdə uduzdu, gümüş medal qazandı

26 İyul 2019 12:48 Cüdo 821
Vüqar Talıbov yalnız bir görüşdə uduzdu, gümüş medal qazandı

Bakıda keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalında (EYOF) cüdo yarışları davam edir.

Sportinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov yalnız bir görüşdə uduzaraq gümüş medal qazanıb.

Azərbaycan cüdoçusu Belarus, Çexiya, Türkiyə təmsilçilərini məğlub edərək finala çıxıb. Talıbov həlledici görüşdə İtaliya idmançısı Luici Centraccioya məğlub olub.

Beləliklə, yeniyetmələrdən ibarət milli komandamız EYOF-da aktivinə 4-cü medalı yazdırıb. Yarışların ilk günü Turan Bayramov qızıl, Şükran Zamanlı və Gülşən Bəşirova bürünc medala layiq görülüb.

İyulun 26-da oğlanlarda 81, 90, +90, qızlarda isə 70 və +70 çəki dərəcələrinin qaliblərinin adına aydınlıq gələcək.

Olimpiya Festivalına 40 ölkədən 297 cüdoçu qatılıb. Onlardan 165-i oğlan, 132-i qadındır. Heydər Əliyev adına İdman Sarayında baş tutan cüdo yarışlarına saat 10:30-da start verilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!