Azərbaycan cüdoçusu Vüqar Talıbov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.
Sportinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə italiyalı Luici Sentasshini ilə üz-üzə gəlib.
Qarşılaşmadan məğlub ayrılan Talıbov gümüş medalla kifayətlənib. 66 kq-da yarışan Mətin Rzazadə üçüncü yer uğrunda görüşdə macarıstanlı Daniel Zeqediyə uduzub.
Qadın cüdoçu Aytac Qardaçxanlı üçüncü yer uğrunda qarşılaşmadan məğlub ayrılıb. 57 kq-dakı cüdoçu Almaniya təmsilçisi Samira Bokun müqavimətini qıra bilməyib.
Azərbaycan cüdoçuları ilk yarış günündə 1 qızıl, iki bürünc medal əldə ediblər.

