Azərbaycan cüdoçuları ilk günü 1 qızıl, 2 bürünclə başa vurdu

25 İyul 2019 00:20 Cüdo 687
Azərbaycan cüdoçuları ilk günü 1 qızıl, 2 bürünclə başa vurdu

Azərbaycan cüdoçusu Turan Bayramov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Rusiya təmsilçisi Rizvan Maqomadovla üz-üzə gəlib.

Qarşılaşmadan qalib ayrılan R.Bayramov qızıl medal qazanıb. 55 kq-da yarışan Şükran Zamanlı bürünc medal uğrunda görüşdə ukraynalı Vladislav Kolobova qalib gələrək medalçılar sırasına düşə bilib.

Qadınların mübarizəsində isə Gülşən Bəşirova (44 kq) bürünc medal qarşılaşmasında hollandiyalı Joşlin Supusepanı məğlub edib. 48 kq-dakı Səbinə Əliyeva bürünc medal görüşündə belçikalı Selin Diriksə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!