Azərbaycan millisi aktivinə daha bir medal yazdırdı

20 İyul 2019 14:24 Cüdo 665
Azərbaycan millisi aktivinə daha bir medal yazdırdı

Qazaxıstanda keçirilən cüdo üzrə Asiya Açıq Kubokunun son günündə Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

Sportinfo.az xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Şahin Qəhrəmanov yalnız finalda uduzaraq gümüş medala sahib olub.

Aktau turnirinin ilk günündə cüdoçumuz Yaşar Nəcəfov bürünc medala layiq görülüb.

Beləliklə, Azərbaycan cüdoçuları Asiya kubokunu bir gümüş və bir bürünc medalla başa vurublar.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM