Yaşardan Aktauda bürünc medal

19 İyul 2019 15:12 Cüdo 536
Yaşardan Aktauda bürünc medal

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya Açıq Kuboku yarışına start verilib.

Sportinfo.az xəbər verir ki, əvvəlcə 60, 66 və 73 kq çəki dərəcələrində mübarizə aparan kişi cüdoçular tatami üzərinə çıxıblar.

Beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçusu Yaşar Nəcəfov yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb.

Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Tacikistan idmançısı Dövlətəli Nəzərəliyevi məğlub edib.

Aktau turnirində 11 ölkədən 175 cüdoçu mübarizə aparır. Asiya kubokuna iyulun 19-da yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!