Azərbaycan cüdoçusu Hidayət Heydərov İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında gümüş medal qazanıb.
Sportinfo.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan Heydərov finalda rusiyalı Yevgeni Prokopçuka uduzub.
Bu, Azərbaycanın Universiadada ilk medalı olub.

