Üç cüdoçumuz 1/8 finalda

24 İyun 2019 14:24 Cüdo 497
Üç cüdoçumuz 1/8 finalda

Belarusun paytaxtı Minskə keçirilən II Avropa Oyunlarında cüdoçuların mübarizəsi davam edir.

Sportinfo.az xəbər verir ki, üçüncü yarış günündə daha 5 idmançımız tatami üzərinə çıxacaq.

Kişilərin yarışında 90 kq çəkidə mübarizə aparan cüdoçumuz Məmmədəli Mehdiyev 1/16 finalda Yahor Varapayevlə (Belarus) qarşılaşıb və qələbə qazanıb.

Mehdiyevin 1/8 finaldakı rəqibi Aurilyena Disse (Fransa) olacaq.

Elmar Qasımov (100 kq) 1/16 finalda ukraynalı Anton Savitki ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz növbəti mərhələdə estoniyalı Qriqori Minaskinlə qarşılaşacaq.

Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Dosenə (Serbiya) qalib gələrək, 1/8 finala adlayıb. Onun bu mərhələdəki rəqibi Toma Nikiforov (Belçika) olacaq.

Uşanqi Kokauri (100+) isə 1/8 finalda Vinçentso Darko (İtaliya)/Vito Draqiç (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qadınların yarışında İrina Kindzerska (78 kq) 1/8 finalda Jasmin Kuelbs (Almaniya)/Sebile Akbulut (Türkiyə) cütünün qalibi ilə mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!