Rüstəm Orucov olimpiya çempionuna rəqib oldu

23 İyun 2019 18:24 Cüdo 638
Rüstəm Orucov olimpiya çempionuna rəqib oldu

2-ci Avropa Oyunlarında cüdo yarışları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçilərindən Rüstəm Orucov (73 kq) mübarizəyə başlayıb.

Azərbaycanın yarışdakı bayraqdarı 1/16 finalda monteneqrolu Sedrik Bessini məğlub edib. O, rəqibini 57 saniyəyə ipponla üstələyib.

Orucovun növbəti rəqibi 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış italiyalı Fabio Bazile olacaq.

Qadınların yarışında isə Nuriyyə Axundova (63 kq) 1/16 finalda rumıniyalı Stefania Adelina Dobreyə uduzaraq, mübarizəni dayandırıb.

Bu gün 73 kq çəkidəki daha bir cüdoçu Hidayət Heydərov 1/16 finalda macarıstanlı Mikloş Unqvari ilə qarşılaşacaq.

İlk yarış günündə Azərbaycanın 7 cüdoçusu medalsız qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!