Azərbaycan millisinin üzvlərindən 7-si “Top-20”də yer aldı

6 İyun 2019 11:12 Cüdo 608
Azərbaycan millisinin üzvlərindən 7-si “Top-20”də yer aldı

Beynəlxalq Cüdo Federasiyası reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, yeni cədvəl Azərbaycan millisinin üzvləri üçün uğurlu alınıb.

Belə ki, təmsilçilərimizdən 7-si “Top-20”də yer alıb. Onlardan ən yaxşı nəticə yığmamızın lideri Rüstəm Orucova məxsusdu.

O, 73 kq çəki dərəcəsində dünyanın ən güclüsüdür. Birinci yerdə qərarlaşan Olimpiya mükafatçımız 5900 reytinq xalına malikdi. R.Orucovun millidəki əsas rəqibi Hidayət Heydərov 6-cı pillədə qərarlaşıb.

100 kq çəki dərəcəsində də iki cüdoçumuz “20-lik”də yer alıb. Elmar Qasımov 11-ci olduğu halda, Zelim Kotsoyev “20-liy”i qapayır.

Digər cüdoçularımızdan İrina Kindzerska (+78 kq) 4-cü, Məmmədəli Mehdiyev (90 kq) 5-ci və Uşanqi Kokauri (+100) 14-cü yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!