Azərbaycan cüdoçuları Rumıniyada 1 qızıl, 3 bürünc qazandı

4 İyun 2019 16:48 Cüdo 498
Azərbaycan cüdoçuları Rumıniyada 1 qızıl, 3 bürünc qazandı

Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib.

Beynəlxalq turnirdə mübarizə aparan qadın cüdoçularımız uğurlu nəticə əldə ediblər.

Sportinfo.az xəbər verir ki, 52 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransa, İspaniya, Kuba və Macarıstandan olan rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Daha 3 təmsilçimiz, Leyla Əliyeva, Ayşə Qurbanova (hər ikisi 48 kq), İçinxorloo Munxçedev (57 kq) Avropa kubokunun bürünc medalını qazanıb.

29 ölkədən 350 cüdoçunun mübarizə apardığı Kluj turnirinə iyunun 2-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!