Azərbaycan Avropa kubokunda 1 qızıl və 3 bürünc qazandı

3 İyun 2019 11:12 Cüdo 519
Azərbaycan Avropa kubokunda 1 qızıl və 3 bürünc qazandı

Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib.

Sportinfo.az xəbər verir ki, beynəlxalq turnirdə mübarizə aparan qadın cüdoçularımız uğurlu nəticə əldə ediblər.

52 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransa, İspaniya, Kuba və Macarıstandan olan rəqiblərinə qalib gələrək, qızıl medala layiq görülüb.

Daha 3 təmsilçimiz - Leyla Əliyeva, Ayşə Qurbanova (hər ikisi 48 kq), İçinxorlu Munxçedev (57 kq) Avropa kubokunun bürünc medalını qazanıb.

29 ölkədən 350 cüdoçunun mübarizə apardığı Kluj turnirinə iyunun 2-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!