Naxçıvanda beynəlxalq turnir keçirildi - VİDEO

26 May 2019 15:12 Cüdo 540
Naxçıvanda beynəlxalq turnir keçirildi - VİDEO

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən cüdo üzrə beynəlxalq turnir keçirilib.

Sportinfo.az xəbər verir ki, Türkiyə, Gürcüstan, Rusiya və Azərbaycandan olan yeniyetmə cüdoçular 9 komandanın heyətində medallar uğrunda mübarizə aparıblar.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən beynəlxalq turnirin final görüşündə Naxçıvan Muxtar Respublikası və Sumqayıt komandaları üz-üzə gəliblər.

Görüş naxçıvanlı cüdoçuların inamlı qələbəsi ilə başa çatıb. Gürcüstan və Qəbələ komandaları isə turnirin bürünc medallarını qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!