"Qəbələ"li cüdoçulardan Naxçıvanda bürünc medal

23 May 2019 15:12 Cüdo 547
"Qəbələ"li cüdoçulardan Naxçıvanda bürünc medal

“Qəbələ” İdman Klubunun cüdoçuları Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən beynəlxalq turnirdə çıxış ediblər.

Sportinfo.az xəbər verir ki, əyalət cüdoçuları komanda yarışında uğur qazanıblar.

“Qəbələ” Gürcüstan, Rusiya və Culfa komandaları ilə qarşılaşmalarda qələbə əldə edib. Yalnız Sumqayıtla görüşdə uduzan cüdoçularımız turniri 3-cü pillədə başa vurublar.

Komanda fəxri kürsüyə bürünc mükafatların sahibi kimi çıxıb. Yarışda 9 komandanı təmsil edən 100-dən artıq cüdoçu qüvvəsini sınayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!