İlk "5-lik"də iki azərbaycanlı yer aldı - MARAQLI VİDEO

18 May 2019 09:24 Cüdo 686
İlk "5-lik"də iki azərbaycanlı yer aldı - MARAQLI VİDEO

Beynəlxalq Cüdo Federasiyası Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilmiş Böyük Dəbilqə turnirində idmançıların həyata keçirdikləri ən yaxşı ipponları təqdim edib.

Sportinfo.az xəbər verir ki, "5-lik"də Azərbaycanın iki cüdoçusunun təmiz qələbəyə səbəb olan fəndi yer alıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyevin bürünc medal uğrunda görüşdə rusiyalı Denis Yartsevə qarşı işlətdiyi fənd 4-cü yerə layiq görülüb.

Nicat Şıxəlizadənin (66 kq) yarımfinalda Monqolustan təmsilçisi Basxu Yondoperenleyə qarşı fəndi isə birinci olub.

Şıxəlizadə Böyük Dəbilqədə gümüş, Vəliyev isə bürünc medal qazanıb. Turnirdə Hidayət Heydərov (73 kq) qızıl, Məmmədəli Mehdiyev (90 kq) gümüş, Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (78 kq) bürünc medala sahib olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!