Azərbaycan millisi Qran-prinin ilk gününü 9 medalla başa vurdu

13 May 2019 20:00 Cüdo 635
Azərbaycan millisi Qran-prinin ilk gününü 9 medalla başa vurdu

Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri turnirinin ilk gününü 9 medalla başa vurub.

Sportinfo.az xəbər verir ki, son olaraq 81 kq çəkidə dərəcəsindəki final görüşündə Hüseyn Rəhimli Özbəkistan təmsilçisi Davurxom Karomatovla üz-üzə gəlib.

Rəqibinə uduzan Azərbaycan idmançısı gümüş medalla kifayətlənib.

Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Vüqar Şirinli (60 kq) qızıl, Afaq Sultanova (57 kq), Bayram Mustafayev (66 kq) gümüş, Bəsti Səfərova (52 kq), Namiq Abbaslı (66 kq) və Ramil Qasımov (73 kq) isə bürünc medal götürüb.

Yarışa mayın 14-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM