"Cüzi bir səhv üzündən uduzum, mən buna görə üzülürəm"

13 May 2019 15:36 Cüdo 621
"Cüzi bir səhv üzündən uduzum, mən buna görə üzülürəm"

“Final görüşünə qələbə qazanmaq üçün çıxmışdım.

Bu rəqibi bir neçə dəfə məğlub etmişdim”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının cüdoçusu Nicat Şıxəlizadə deyib.

Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirində gümüş medal qazanan idmançımız yarış barədə fikirlərini açıqlayıb.

66 kq çəki dərəcəsində çıxış edən N.Şıxəlizadə finalda moldovalı Denis Vieraya uduzub: “Yenə qalib gəlmək, doğma azarkeşlər önündə qızıl medala yiyələnmək istəyirdim.

Amma cüzi bir səhv üzündən uduzum. Buna görə üzülürəm. Amma əsas odur ki, finala yüksəldim və medalsız qalmadım.

Əsas məqsədimiz eyni zamanda Avropa çempionatı xarakteri daşıyan Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil etməkdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti