Azərbaycan yığması "Böyük Dəbilqə"ni 7 medalla başa vurdu

13 May 2019 08:24 Cüdo 531
Azərbaycan yığması "Böyük Dəbilqə"ni 7 medalla başa vurdu

Azərbaycan cüdo yığması Bakıda keçirilən Böyük Dəbilqə yarışını 7 medalla başa vurub.

Sportinfo.az xəbər verir ki, komandaya son medalı qadınlar arasında 78 kq-dan yuxarı çəkidə yer alan İrina Kindzerska qazandırıb.

O, 3-cü yer uğrunda görüşdə belaruslu Marina Slutskayanı məğlub edib.

Daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) gümüş, Rüstəm Orucov (73 kq), Telman Vəliyev (73 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!