Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə "Böyük Dəbilqə" beynəlxalq turnirində maraqlı hadisə baş verib.
Sportinfo.az xəbər verir ki, turnirdə Portuqaliyanı təmsil edən cüdoçu Anri Equtidze mobil telefona görə diskvalifikasiya edilib.
Döyüş zamanı idmançının kimonosundan telefon düşüb. Bunu görən hakim görüşü yarımçıq dayandırıb. Anri Equtidze qaydaları pozduğu üçün turnirdən kənarlaşdırılıb.

