Sadıq Sadıqov: "Bizim bunda heç vaxt problemimiz olmayıb"

12 May 2019 11:00 Cüdo 766
Sadıq Sadıqov: "Bizim bunda heç vaxt problemimiz olmayıb"

"Bu uğuru gözləyirdim - 73 kq çəki dərəcəsi bizim üçün ən sevimlilərdən biridir, idmançılarımız da yaxşıdı.

Bu çəkidə heç vaxt problemimiz olmayıb. 5 il, 10 il bundan öncə də belə idi. Uşaqlar bir daha öz sözlərini dedilər.

Hidayət Heydərov qızıl, Rüstəm Orucov və Telman Vəliyev bürünc medal qazandı. Cüdoçularımız əzmkarlıq göstərdilər".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov deyib.

O, Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük Dəbilqə" turnirində sabah da idmançılardan medal gözlədiyini söyləyib:

"İnanıram ki, yaxşı nəticələr əldə edəcəyik. Vəliyevin medal qazanması mənim üçün böyük sürprizdir.

Düşünürəm ki, gələcəyi düzgün qurmuşuq. Vəliyev gənc cüdoçudur və gələcəyi irəlidədi.

73 kq-da heç vaxt problemimiz olmayıb. Həmin çəkidə Rüfət Məmmədov d pis güləşmədi. Finala vəsiqə qazanan İsrail təmsilçisinə uduzdu".

Sadıqov 73 kq çəki dərəcəsində yarımfinalda üz-üzə gələn Hidayət Heydərov və Rüstəm Orucovun çıxışı barədə də danışıb:

Federasiya rəsmisi bildirib ki, idmançıların çəkisini dəyişməsi çox ağır məsələdir: Bu tam olaraq onların öz öhdəsinə verilir.

Biz idmançını məcbur edib çəkisini dəyişdirə bilmərik. Bu onun ixtiyarında olan məsələdir. Rüstəm Orucov və Hidayət Heydərov başqa çəkidə güləşə bilərlər.

Amma bu onların öz qərarlarıdır. Hər zaman Hidayətlə Rüstəmin güləşi alınmayıb. Heydərov cavan və çılğın idmançıdı.

Onun da gələcəyi qabaqdadı və yaşı çox deyil. Tatamidə olduğu kimi danışığı da çılğındır. Onların duelində Heydərov hər zaman üstün olub".

Vitse-prezident Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına da hazırlığın davam etdiyini deyib.

"Yay Olimpiya Oyunlarına kimi dincəlmək yoxdur. Bütün plan məşqçilər tərəfindən hazırlanıb. Bizim hazırlığımız Avropa, dünya və ən əsası olimpiadaya köklənib".

Sadıqov son olaraq 73 kq çəki dərəsində olimpiada üçün hər bir idmançıya inandığını bildirib. "Kimin şansı çox olacaqsa o da "Tokio-2020"ə gedəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!