Cərimə xalları millimizin üzvünü "qızıl oğlan" etdi

12 May 2019 09:24 Cüdo 641
Cərimə xalları millimizin üzvünü "qızıl oğlan" etdi

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 73 kq çəkidə mübarizə aparan idmançı həlledici görüşdə İsrail təmsilçisi Tohar Butbulu üstələyib.

H.Heydərov rəqibini cərimə xalları hesabına yenib.

Eyni çəki dərəcəsindəki Rüstəm Orucov kosovolu Akil Qjakova, Telman Vəliyev isə rusiyalı Denis Yartsevə qalib gələrək bürünc medala sahib olublar.

İlk yarış günündə Azərbaycan cüdoçularından Nicat Şıxəlizadə (66 kq) gümüş medal qazanıb. Turnirə mayın 12-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!