FOTO - Yaponiyalı Bakıda xoşagəlməz halla üzləşdi

11 May 2019 11:36 Cüdo 734
FOTO - Yaponiyalı Bakıda xoşagəlməz halla üzləşdi

Yaponiya cüdoçusu Ai Şişime Bakıda keçirilən ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Böyük Dəbilqə" görüşündə xoşagəlməz halla üzləşib.

Sportinfo.az xəbər verir ki, 52 kq çəkidə mübarizə aparan asiyalı idmançı fransalı Buçard Amandine final görüşündə zədələnib və yarışı davam etdirə bilməyib.

O, zalı məşqçisinin kürəyində tərk edib. A.Şişime ötən il Bakıda keçirilən dünya çempionatında da ikinci olub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM