Bakıda dünya çempionu olan 3 yapon yenidən Azərbaycanda

8 May 2019 14:24 Cüdo 512
Bakıda dünya çempionu olan 3 yapon yenidən Azərbaycanda

Yaponiya Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinə 8 cüdoçu ilə qatılacaq.

Sportinfo.az xəbər verir ki, onlardan 3-ü ötən ilin sentyabrında Bakıda baş tutan dünya çempionatında qızıl medal qazanıb.

Bunlar Tsukasa Yoşida (57 kq), Tidzuru Arai (70 kq) və Şori Hamadadır (78 kq). Ai Şişime (52) isə Azərbaycanın paytaxtında keçirilən mudialda ikinci olub.

Heyətdə həmçinin daha iki qadın cüdoçu yer alıb. Bunlar 2016-cı il Rio-de-Janeyor Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, gənclər və böyüklər arasında dünya çempionu Kondo Ami (48 kq) ilə Miku Taşirodur (63 kq).

Yaponiya yığması “Böyük Dəbilqə”yə cəmi 2 kişi cüdoçu ilə qatılacaq. Mukai Şoiçiro və Murao Sanşiro 90 kq çəki dərəcəsində mübarizə aparacaq.

8 cüdoçudan 3-ü K.Ami, M.Şoiçiro və M.Sanşiro Bakıdakı dünya çempionatında iştirak edən “18-lik”də olmayıb. “Böyük Dəbilqə” turniri 10 - 12 mayda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!