Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə beynəlxalq "Böyük Dəbilqə" turniri və digər nüfuzlu yarışlar öncəsi Azərbaycan millisi Yaponiyada təlim-məşq toplanışında olub.
Sportinfo.az xəbər verir ki, Tokioda 3 həftə davam edən məşqlərə millinin aparıcı cüdoçuları qatılıb.
Onlar hər gün 2 dəfə məşq edərək baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun tapşırıqlarını yerinə yetiriblər.
Hazırlıq prosesinə Azərbaycan idmançıları ilə yanaşı, yaponiyalı cüdoçular da qatılıb.
Bakıda təşkil olunacaq "Böyük Dəbilqə"yə mayın 10-da start veriləcək. 3 gün davam edəcək nüfuzlu yarış Heydər Əliyev adına İdman Sarayında təşkil olunacaq.

