“Sərhədçi” olimpiya idman mərkəzində U-15 yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatıb.
Sportinfo.az xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrindən olan 464 cüdoçu mübarizə aparıb.
3 gün davam edən ölkə birinciliyində 66 klubun yetirməsi medallar uğrunda yarışıb. Daha yaxşı nəticə göstərən “Neftçi İdman Klubu” komanda hesabında 1-ci yeri tutub.
“UGİM – 13” klubu 2-ci, Zaqatala cüdoçuları 3-cü olub. Qalib və mükafatçılara medallar, gənclər və idman nazirliyinin, cüdo federasiyasının diplomları təqdim edilib.

