"Qəbələ"nin yeniyetmə cüdoçularından iki medal

27 Aprel 2019 16:48 Cüdo 509
"Qəbələ"nin yeniyetmə cüdoçularından iki medal

“Qəbələ” İdman Klubunun cüdoçuları yeniyetmələr arasında Azərbaycan birinciliyində uğurla çıxış ediblər.

Sportinfo.az xəbər verir ki, 2005-06-cı il təvəllüdlü idmançıların yarışında “Qəbələ” rayon bölməsinin 4 cüdoçusu tatami üzərinə çıxıb.

Təmsilçilərdən ikisi birinciliyi fəxri kürsüdə başa vurmağa nail olub. 73 kq çəki dərəcəsində mübarizə aparan Tamerlan Cabbarov keçirdiyi bütün görüşlərdə qələbə qazanaraq Azərbaycan çempionu adına yiyələnib.

42 kq çəki dərəcəsində qüvvəsini sınayan Sübhan Mirzəyev finala qədər bütün rəqiblərinə qalib gəlib. Yalnız həlledici qarşılaşmada uduzan cüdoçumuz gümüş medala yiyələnib.

Hər çəkidə 70-80 cüdoçunun mübarizə apardığı ölkə birinciliyində bir qızıl və bir gümüş medala yiyələnən Qəbələ idmançıları rayon komandaları arasında ən yaxşı nəticə göstərib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!