Yeniyetmələr arasında Azərbaycan birinciliyinə yekun vuruldu

27 Aprel 2019 16:12 Cüdo 619
Yeniyetmələr arasında Azərbaycan birinciliyinə yekun vuruldu

"Sərhədçi" Olimpiya İdman Mərkəzində 15 yaşadək yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, yarışda respublikanın müxtəlif bölgələrindən olan 464 cüdoçu mübarizə aparıb.

Üç gün davam edən ölkə birinciliyində 66 klubun yetirməsi medallar uğrunda yarışıb. Daha yaxşı nəticə göstərən "Neftçi" İdman Klubu komanda hesabında 1-ci yeri tutub.

"UGİM - 13" klubu 2-ci, Zaqatala cüdoçuları 3-cü olub. Qalib və mükafatçılara medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM