"Raquf Orucov kuboku"nda 4 ölkədən 13 komanda mübarizə apardı

18 Aprel 2019 15:12 Cüdo 802
"Raquf Orucov kuboku"nda 4 ölkədən 13 komanda mübarizə apardı

Bakı İdman Sarayında Aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun xatirəsinə həsr edilən beynəlxalq cüdo turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, yarışın açılış mərasimində çıxış edənlər Aprel döyüşlərinin Azərbaycan ordusunun parlaq tarixi qələbələrindən biri olduğunu söyləyiblər.

Natiqlər Raquf Orucov və onun kimi Vətən yolunda şəhid olmuş digər qəhrəmanların əziz xatirəsinin hər zaman yad olunacağını vurğulayıblar.

Sonra komanda yarışlarının final görüşləri keçirilib. Gürcüstan komandası 1-ci, "Judo 2012" klubu 2-ci, Qroznı və Mahaçqala komandaları 3-cü yerləri tutublar.

Qaliblərə kubok, medallar və pul mükafatları təqdim olunub. "Raquf Orucov kuboku" beynəlxalq turnirində 4 ölkədən 13 komanda mübarizə aparıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!