Gənc azərbaycanlı Avropa kubokunda çempion oldu

7 Aprel 2019 09:00 Cüdo 597
Gənc azərbaycanlı Avropa kubokunda çempion oldu

Xəbər verdiyimiz kimi, İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilir.

Sportinfo.az xəbər verir ki, beynəlxalq yarışda 35 ölkənin idmançıları ilə yanaşı, Azərbaycan cüdoçuları da mübarizə aparırlar.

İlk gündə Azərbaycanın milli komandası aktivinə bir medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əhməd Yusifov Böyük Britaniya, Rumıniya, Rusiya və İtaliya təmsilçilərinə qalib gələrək finala çıxıb.

Həlledici qarşılaşmada italyan rəqibi Alessandro Aramunu məğlub edən Azərbaycan cüdoçusu Avropa kubokunda 1-ci yeri tutub.

604 cüdoçunun mübarizə apardığı beynəlxalq yarış aprelin 7-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM