Azərbaycanlı cüdoçu Türkiyədəki Qran-pridə bürünc medal qazandı

6 Aprel 2019 10:36 Cüdo 517
Azərbaycanlı cüdoçu Türkiyədəki Qran-pridə bürünc medal qazandı

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Türkiyənin Antalya şəhərində keçirilən Qran-pri turnirində bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, o, üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Sarah Menezesi məğlubiyyətə uğradıb.

Mübarizəyə qoşulan digər yeddi idmançı isə turniri medalsız başa vurub. Orxan Səfərov (60 kq) təsəlliverici görüşdə uduzub. Oruc Vəlizadə (60 kq), İbrahim Əliyev, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq) və İçinxorlu Munxtsedev (57 kq) Qran-pri ilə erkən vidalaşıblar.

Turnirə aprelin 7-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti