Azərbaycanlı hakimlər Antalyada

4 Aprel 2019 11:24 Cüdo 496
Azərbaycanlı hakimlər Antalyada

Türkiyənin Antalya şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib.

Sportinfo.az-ın Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Avropanın tanınmış cüdo xadimlərinin, bir neçə idman təşkilatlarının rəsmi nümayəndələrinin də iştirak etdiyi seminar həm nəzəri, həm də praktiki hissədən ibarət olub.

Tədbirdə cüdonun yeni qayda və qanunlarının tədbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.

Beynəlxalq seminarda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Mətin Rəhimli və ACF Hakimlər Komitəsinin üzvü, "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Fariz Hüseynov da iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!