Oğuz Olimpiya İdman Kompleksində kiçik yaşlı yeniyetmə cüdoçular arasında beynəlxalq turnir keçirilib.
Sportinfo.az xəbər verir ki, yarışda ölkənin 37 klubunun cüdoçuları ilə yanaşı Gürcüstan idmançıları da iştirak ediblər.
Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə reallaşan açıq birincilikdə 350-dən çox yeniyetmə medallar uğrunda mübarizə aparıb.
"Regionlar kuboku" açıq birinciliyini ACF-in respublika dərəcəli hakimlər briqadası idarə edib. 11 çəki dərəcəsində fərqlənən yeniyetməyə ACF-in diplomları və medallar təqdim olunub.

