Azərbaycan yığması Qran-priyə 13 nəfərlə yollanır

28 Mart 2019 00:50 Cüdo 545
Azərbaycan yığması Qran-priyə 13 nəfərlə yollanır

Martın 29-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Qran-pri turniri start götürəcək.

Sportinfo.az xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

Qran-pridə 52 ölkədən 407 (225 kişi, 182 qadın) idmançı gücünü yoxlayacaq. Komandamız qonşu ölkəyə 13 cüdoçu ilə yollanacaq.

Yığmamızın heyətində Tofiq Məmmədov, Balabəy Ağayev (hər ikisi 60 kq), İlkin Babazadə, İsmayıl İbrahimov (hər ikisi 66 kq), Fəqan Quluzadə, Afiq Səfərli (hər ikisi 81 kq), Abdulhəqq Rəsullu, Əliömər Tumayev (hər ikisi 90 kq), Ayşə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorlu Munxtsedev (57 kq) və Fatma Özərdim (70 kq) yer alacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!