Cüdoçular Göygöldə yaşıllaşdırma aksiyasında iştirak etdi

18 Mart 2019 00:40 Cüdo 673
Cüdoçular Göygöldə yaşıllaşdırma aksiyasında iştirak etdi

Cüdo üzrə Azərbaycan milli komandası Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadı.

Sportinfo.az xəbər verir ki, yığma üzvləri ötən gün kompleksin ərazisində yaşıllaşdırma aksiyasında iştirak edib.

Payızda əkilən 400-dən çox ağaca əlavə olaraq bu yaz daha 300 meyvə ağacı və 100 dekorativ ağac əkilib.

Göygöl Olimpiya Kompleksinin direktoru cüdo üzrə olimpiya mükafatçısı Mövlud Mirəliyevdi.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM