“Aprel döyüşləri” şəhidlərinin xatirəsinə “Raquf Orucov kuboku”

14 Mart 2019 00:50 Cüdo 565
“Aprel döyüşləri” şəhidlərinin xatirəsinə “Raquf Orucov kuboku”

Aprelin 16-17-də Bakı idman sarayında “Aprel döyüşləri”ndə qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərimizin xatirəsinə cudoçularun 3-cü ənənəvi beynəlxalq “Raquf Orucov kuboku” keçiriləcək.

Sportinfo.az xəbər verir ki, “Judo Club 2012” idman klubunun təşkilatçılığı, gənclər və idman nazirliyi ilə cüdo federasiyasının dəstəyi ilə təşkil olunacaq tədbir U- 21 komandalar arasında olacaq.

Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!