Azərbaycan üçün Avropa kubokunda növbəti medal

4 Mart 2019 16:00 Cüdo 545
Azərbaycan üçün Avropa kubokunda növbəti medal

Polşanın paytaxtı Varşava şəhərində kişi cüdoçular arasında keçirilən Avropa açıq kubok yarışına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan Şahin Qəhrəmanov bürünc medala sahib olub. Beləliklə, Azərbaycan cüdoçuları Avropa kubokunda 3 medal qazanıblar.

Varşava turnirinin ilk günü Oruc Vəlizadə qızıl, İbrahim Əliyev isə gümüş medala layiq görülüb.

Polşa turnirində 35 ölkədən 291 cüdoçu mübarizə aparıb. Azərbaycanı beynəlxalq yarışda 14 cüdoçu təmsil edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!