Azərbaycan yeniyetmələr arasında Avropa kubokunda 3 medal qazandı

3 Mart 2019 17:40 Cüdo 611
Azərbaycan yeniyetmələr arasında Avropa kubokunda 3 medal qazandı

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib.

Sportinfo.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandasının 3 üzvü medal qazanıb.

Yeniyetmə cüdoçularımız 2 gümüş və 1 bürünc medala layiq görülüblər. Antalya turnirində 16 ölkədən 495 yeniyetmə cüdoçu mübarizə aparır.

Ölkəmizi təmsil edən Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medala, Şükran Zamanlı (55 kq) bürünc medala sahib olub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM