FOTO - Azərbaycan millisinə rumıniyalı legioner cəlb olundu

1 Mart 2019 11:36 Cüdo 792
FOTO - Azərbaycan millisinə rumıniyalı legioner cəlb olundu

Rumıniyalı qadın cüdoçu Aleksandra Larisa Florian Azərbaycan millisin' keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə 24 yaşlı idmançının özü "judoinside.com"a açıqlama verib.

O, Azərbaycan Cüdo Federasiyasından (ACF) aldığı təklifi sevinclə qarşıladığını bildirib:

"Əvvəllər BƏƏ ilə də danışıq aparırdım, amma bu, alınmadı. ACF isə Rumıniya Cüdo Federasiyası ilə də razılığa gəldikdən sonra keçidim gerçəkləşdi".

Almaniyanın "Visbaden" klubuna məxsus Florian müxtəlif ölkələrdə təlim-məşq toplanışlarına qatılacağını və çoxsaylı yarışları üzündən Bakıda uzun müddət qala bilməyəcəyini sözlərinə əlavə edib.

Sayt yazır ki, 52 kq çəki dərəcəsində yer alan Florianın keçidi əslində çoxdan razılaşdırılıbmış. Hətta o, transferinin pozulmaması üçün ötənilki Avropa çempionatında iştirak etməyib.

Böyük istedada malik xanım cüdoçu 2017-ci ildə Bakıda keçirilmiş Böyük Dəbilqə turnirində qızıl medal qazanıb. Əvvəllər Florian yeniyetmələr və 23 yaşadək cüdoçular arasında Avropa çempionu olub,

İJF Dünya Turu Seriyalı yarışlarda 10-dan çox medal qazanıb. Onun transferində məqsəd həm qadınlar arasında fərdi, həm də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramında yer alan qarışıq komanda yarışında uğurla çıxış etməkdən ibarətdi.

Hazırda qadınlardan ibarət yığmada ukraynalı İrina Kindzerska (+78 kq) və 3 monqolustanlı legioner də yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!