"Onu məğlub etməyə köklənmişdim, bunu da bacardım"

25 Oktyabr 2018 11:36 Cüdo 587
"Onu məğlub etməyə köklənmişdim, bunu da bacardım"

"Çox ağır görüşlərim olub, məni orada yapon idmançısı gözləyirdi.

Onu məğlub etməyə köklənmişdim, bunu da bacardım".

Sportinfo.az xəbər verir ki, bunu Baham adalarının paytaxtı Nassau şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatında qızıl medal qazanan Rövşən Əliyev deyib.

55 kq çəki dərəcəsinin finalında öz həmyerlisi Balabəy Ağayevlə üz-üzə gələn idmançı buna görə sevindiyini bildirib:

"Final görüşünün mənim üçün asan olmayacağını bilirdim. Çünki bir-birimizin taktiki gedişlərini bilirik. Final qarşılaşması çox çətin oldu.

Balabəy də çox güclü idmançıdı. Bir-birimizi yaxşı tanıyırıq, zəif və güclü nöqtələrimizə bələdik. Sonda mən qalib gəldim. 2016-cı ildə yeniyetmələr arasında Avropa çempionu olmuşam.

Bu il isə Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında Avropa ikincisi oldum. Birinci dəfə idi ki, dünya çempionatının qalibi olurdum".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?