Dünya çempionatı 2023-cü ildə Dohada keçiriləcək

25 Oktyabr 2018 00:50 Cüdo 809
Dünya çempionatı 2023-cü ildə Dohada keçiriləcək

Cüdo üzrə dünya çempionatı 2023-cü ildə Qətərin paytaxtı Dohada keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına yerləşdirilib.

Bildirilir ki, oktyabrın 23-də IJF rəhbəri Marius Vizer, Qətərin Taekvondo, Cüdo və Karate Federasiyasının prezidenti Xalid Hamad əl-Attiyə və federasiyanın baş katibi Eid Əli Əlmuraihi dünya birinciliyinin Dohada keçirilməsinə dair saziş imzalayıblar.

Dünya çempionatı 2018-ci ildə Azərbaycanda keçirilib. 2019-cu ildə bu yarışı Tokio (Yaponiya), 2021-ci ildə isə Vyana (Avstriya) qəbul edəcək. Yay Olimpiya Oyunları illərində cüdo üzrə dünya çempionatı keçirilmir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?