Azərbaycan yığması DÇ-da 3-cü yeri tutdu

24 Oktyabr 2018 17:48 Cüdo 601
Azərbaycan yığması DÇ-da  3-cü yeri tutdu

Baham adalarının paytaxtı Nassau şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatında iştirak etmiş Azərbaycan millisi Bakıya dönüb.

Sportinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yığma üzlərini idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, idmançıların yaxınları və digər şəxslər qarşılayıblar.

Yarışda 6 kişi və 3 qadın cüdoçu ilə təmsil olunan Azərbaycan millisi 2 medal qazanıb. 55 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyevlə Balabəy Ağayev finalda üz-üzə gəlib.

Qızıl xalla qələbə qazanan Əliyev dünya çempionu olub. Ağayev isə gümüş medal əldə edib. Qadınların mübarizəsində 44 kq çəkidəki Şəfəq Həmidova 5-ci yeri tutub.

Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında 4-cü, kişilərin yarışında Yaponiya və İtaliyadan sonra 3-cü yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 17:30 Çək və bizə göndər!
22 İyun 10:40 "Qarabağ" çıxb getdi
22 İyun 07:10 Azərbaycana yay gəldi
22 İyun 03:50 Xanımı ondan nə dedi?