"Belə uğur qazanmaq asan olmayacaq"

22 Oktyabr 2018 17:24 Cüdo 519
"Belə uğur qazanmaq asan olmayacaq"

“Qızıl medal qazandığım üçün çox sevincliyəm.

Burdan Azərbaycan xalqına, ümumiyyətlə, mənə dəstək olan hər kəsə öz minnətdarlığımı bildirirəm".

Sportinfo.az xəbər verir ki, bunu Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçu Vüqar Talıbov deyib.

Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunmuş yarışda 66 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyən idmançı qazandığı qızıl medalın tək onun uğuru olmadığını vurğulayıb.

“Bu, yığma komandanın baş məşqçilərinin, köməkçi məşqçilərin və şəxsi məşqçimin də qızıl medalıdır. Şəxsi məşqçim Aslan Hacıyevə, millinin baş məşqçisi Ramiz Ramizzadəyə, Zaur Babayevə, Emin İsgəndərova və federasiyada çalışan hər bir şəxsə təşəkkür edirəm. Üzərimdə əziyyətləri böyükdü”.

O, böyüklərin yarışında bu nəticəni təkrarlamaq üçün öz üzərinə bundan da ağır yük götürməli olduğunu bildirib:

“Böyüklərin yarışında belə uğur qazanmaq asan olmayacaq. Çox çətin olacaq. İnanıram ki, 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının qalibi olacam”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!